Bakının Ziya Bünyadov prospektində stul qoyub əyləşən və hərəkətə mane olan şəxsə hökm oxunub. Bu haqda bu gün, 12 yanvar tarixində Bakuplus.az Qaynarinfo-ya istinadən məlumat verir.
37 yaşlı Ağdam sakini Fərahim Cəfərov yanvar ayının əvvəlində tanışı ilə içkili halda prospektin hərəkət hissəsində stul qoyub əyləşərək, hərəkətə mane olub və qeyri-adekvat davranış nümayiş etdirib. Onun tanışı isə bunu videoya çəkib, TikTok sosial şəbəkəsində paylaşıb.
Cəfərov barəsində protokol tərtib edilib, materiallar məhkəməyə göndərilib. Məhkəmədə o, özünü təqsirli bilib, etdiyi əməldən peşman olduğunu və məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edib.
Təqsirləndirilən şəxsin ikinci qrup əlil olduğunu nəzərə alaraq, məhkəmə ona 50 manat cərimə təyin edib.