Bakı Zooloji Parkında sərgi baş tutacaq. Bu haqda bu gün, 24 noyabr tarixində Bakuplus.az zooloji parka istinadən xəbər verir.
"Himayə Guşəsi" adlı sərgidə qonaqlar sərgilənən it və pişiklərlə vaxt keçirə, ev heyvanlarına qulluq haqqında təlimat və məsləhətlər ala, ən əsası isə özlərinə vəfalı dost qazana bilərlər.
Ev heyvanına sahiblənmək istəyən şəxslər şəxsiyyət vəsiqəsi ilə gələrək, qısa müsahibədən keçərək, öhdəlik sənədi imzalamaqla istədikləri heyvanı ödənişsiz himayəyə götürə bilərlər. 18 yaşdan aşağı olan şəxslər valideynləri ilə gəlməlidirlər.
Tədbir 25 noyabr saat 10:00-14:00 arası baş tutacaq.