Şahmat üzrə qrosmeyster Teymur Rəcəbov İddiaçılar turnirində iştirakına başlayır. Bu haqda bu gün, 17 iyun tarixində Bakuplus.az Beynəlxalq Şahmat Federasiyasına istinadən xəbər verir.
Müsabiqədə 8 qrosmeyster Şahmat tacı uğrunda mübarizə aparacaq. Şahmatçımız birinci mərhələdə Fransadan olan Əlirza Firuzca ilə qarşılaşacaq.
Tərəflər iki oyun keçirəcəklər. Əgər xallar eyni olsa, qalib tay-breyk sayəsində müəyyənləşəcək.
Teymur Rəcəbov sözügedən turnirə 2019-cu ildə Şahmat üzrə dünya kubokunu qazandığına görə dəvət olunub. O, 2020-ci ildə bu yarışda iştirak etməli idi, ancaq koronavirus səbəbindən yarışa getməkdən imtina etmişdir.