Paytaxtda yerləşən “ASK Arena” yeni kluba həvalə olunur. Bu haqda bu gün, 28 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bazasını Şamaxıya keçirən “Keşlə” klubunun köhnə stadionu “Sabah” klubunun istifadəsinə verilə bilər.
“Sabah” klubunun müşahidə şurasının üzvü İqor Ponomaryov məsələdən xəbərsiz olduğunu, ancaq belə bir şey baş verərsə, əla olacağını bildirib.
Klub hazırda ev oyunlarını Masazırda yerləşən “Bank Respublika Arena”-da keçirir.