Bir vaxtlar Azərbaycan millisinin bazası və ev oyunlarını keçirdiyi məkan olan “ASK Arena” sahibini dəyişib. Bu haqda bu gün, 9 may tarixində APA məlumat verib.
Verilən məlumata görə, stadionu “Sabah” klubu alıb. Gözlənilir ki, klub yeni arenasında yenidənqurma işləri apardıqdan sonra bura köçəcək.
Həmçinin idman qurğusunun adının dəyişdiriləcəyi gözlənilir. İdman kompleksi “Şəfa”, sonradan “İnter Arena” və “ASK Arena” adlanıb.