Azərbaycan şahmatçısı Azər Mirzəyev Çexiyanın Marianske-Lazne şəhərində keçirilən “Marienbad Open 2022” çempionatının qalibi olub. Bu haqda 23 yanvar tarixində Azərtac məlumat verib.
Şahmat turniri İsveçrə sistemi üzrə keçirilib və 9 turdan ibarət olub. Azərbaycan təmsilçisi 9 turdan 6,5 xal toplayaraq birinci yeri tutub.
Daha öncə Mirzəyev Macarıstanın Budapeşt şəhərində keçirilən beynəlxalq turnirin və Çexiyada keçirilən “Praqa Open-2022” turnirinin qalibi olmuşdur.
Azər Mirzəyev 1978-ci ildə Bakıda anadan olmuşdur, 2001-ci ildə isə qrossmeyster titulu qazanmışdır.