Bakıda keçirilən batut üzrə FIG Dünya Kubokunda Azərbaycanı təmsil edən Selcan Mahsudova gümüş medal qazanıb. Bu haqda məlumat 13 fevral tarixində Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytında verilib.
Mahsudova final mərhələsində 52,780 xal toplayaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Yarışda 13 ölkədən 52 gimnast iştirak edib. Qadınların fərdi yarışında birinci yeri rusiyalı idmançı İrina Kundius (53,900 xal) tutub. Bürünc medalı İtaliyanı təmsil edən gimnast Giorgia Giampieri (51,820 xal) qazanıb.