Azərbaycan və Bolqarıstan idmançılarının iştirakı ilə festival keçiriləcək. Bu haqda 4 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakıda iyunun 5-də Azərbaycan-Bolqarıstan diplomatik əlaqələrinin 30 illiyi münasibətilə Gənclərin İdman Festivalı baş tutacaq. Festivalda akrobatika gimnastikası, güləş, kapoeyra və breyk-dans növlərində idmançılar mübarizə aparacaqlar.
Tədbir Bakı İdman Sarayında saat 15:00-da başlanacaq, festivalın sonunda mükafatlandırma mərasimi keçiriləcək.