Azərbaycan milli komandasının legionerləri UEFA Millətlər Liqasının oyunlarına hazırlıq məqsədilə təşkil olunan təlim-məşq toplanışı üçün Bakıya gəlib. Bu haqda bu gün, 25 may tarixində Report məlumat verib.
Almaniyanın “Ersgebirge” klubunda çıxış edən Dmitri Nazarovdan başqa, bütün legionerlər ölkəyə məşq üçün gəlib. Onun paytaxta gecə saatlarında gələcəyi gözlənilir.
Baş məşqçi Canni de Byazi 15 futbolçudan ibarət ilkin siyahıya 6 legioneri də daxil edib.
Azərbaycan millisi iyunun 3-də Qazaxıstanın, iyunun 6-da Belarusun qonağı olacaq, iyunun 10-da Slovakiya, 3 gün sonra isə Belarus millilərini qəbul edəcək.