Bakılı cüdoçumuz Məmmədəli Mehdiyev “Böyük dəbilqə” turnirində finala yüksəlib. Bu haqda 19 fevral tarixində Report məlumat verib.
İsrailin paytaxtı Təl-Əvivdə keçirilən turnirdə 90 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Nadav Zuratı (İsrail) məğlub edib.
29 yaşlı idmançı qızıl medal uğrunda Serbiyanı təmsil edən Nemanya Maydova ilə mübarizə aparacaq.
Azərbaycan 9 idmançı ilə yarışa qatılıb.
Bundan əvvəl, fevralın 7-i Parisdə cüdo üzrə “Böyük dəbilqə” turnirində Məmmədəli Mehdiyev finalda Murad Sanşiroya məğlub olaraq gümüş medalın sahibi olmuşdur.