Bakıda cüdo üzrə böyüklər arasında çempionat keçirilir. Bu haqda BakuPlus.az Cüdo Federasiyasına istinadən bu gün, 11 noyabr tarixində xəbər verir.
11-12 noyabr tarixlərində qadınlar və kişilər arasında Bakı şəhər çempionatı keçiriləcək.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarış Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Yarışda paytaxt Bakının müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 303 (262 kişi, 41 qadın) cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Yarışın qalibləri cari ilin 2-5 dekabrında keçiriləcək Azərbaycan çempionatında iştirak edəcəklər.
Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.