Azərbaycan Badminton Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən uşaq badmintonçular arasında Bakı birinciliyinə yekun vurulub. Bu haqda BakuPlus.az Azərtac-a istinadən bu gün, 2 mart tarixində xəbər verir.
2008-2009-cu il təvəllüdlü uşaq badmintoçular arasında keçirilən turnir 5 kateqoriya üzrə 51 oğlan və 19 qız idmançının iştirakı ilə baş tutub.
Oğlanlar arasında şəxsi yarışda birinci yerə Emil Akçurin, qızlar arasında Əminə İsmayılova, oğlanların qoşa yarışlarında Emil Akçurin, Əmirxan İmanov, qızların qoşa yarışında Əminə İsmayılova, Nərmin Hüseynova, qarışıq qoşa yarışda isə Əminə İsmayılova və Emil Akçurin layiq görülüblər.
Sonda turnirin mükafatçılarına diplom və medallar təqdim olunub.
[URIS id=35336]