Bakı Atıcılıq Mərkəzində Dünya Kubokunun açılış mərasimi keçirilib. Bu haqda bu gün, 28 may tarixində Bakuplus.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.
Tədbirdə Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının (ISSF) prezidenti Vladimir Lisin, Gənclər və İdman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Atıcılıq Federasiyasının (ATF) baş katibi Emin Cəfərov, idmançılar və digər qonaqlar iştirak ediblər.
Yarışda 66 ölkədən 703 idmançı, 331 nümayəndə mübarizə aparacaq. İdmançılar ümumilikdə 30-u qızıl olmaqla, 188 medal uğrunda yarışacaqlar.
Rəsmi açılış mərasimindən sonra Dünya Kubokunun seçmə mərhələ atışları keçirilib. Oyunlar 7 iyun tarixinə qədər davam edəcək.