Bakıda batut gimnastikası üzrə dünya kuboku keçiriləcək. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az Gimnastika Federasiyasına istinadən məlumat verir.
12-13 fevral tarixlərində təşkil olunacaq beynəlxalq müsabiqədə 14 ölkədən 63 idmançı iştirak edəcək.
Yarışlar İdman TV telekanalında canlı yayımlanacaq.