Bakıda mini-futbol üzrə “Zəfər Kuboku” turniri keçirilib. Bu haqda BakuPlus.az bu gün, 28 may tarixində xəbər verir.
Ötən gün Əmircan zonası üzrə keçirilən turnir 2009-2010 təvəllüdlü məktəblilər arasında baş tutub.
Turnir Suraxanı Rayon İcra Hakimiyyətinin, "Qarabağ" futbol klubunun, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Suraxanı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 327 nömrəli tam orta məktəbin meydançasında keçirilib.
89 nömrəli tam orta məktəbin komandasının qalib gəldiyi turnir 44 günlük Vətən müharibəsində Şəhid olmuş həmvətənlərimizin xatirəsinə həsr olunub.
[caption id="attachment_46319" align="alignnone" width="800"]
Foto Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəsmi Facebook səhifəsi[/caption]
Hövsan zonası 31 may saat 10:00-da Hövsan O.İ.K-də keçiriləcək.