Cüdo üzrə qitə çempionları Bakıda bir araya gəliblər. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 6 iyun tarixində xəbər verir.
Bakı Olimpiya Stadionunda 40-dan çox əcnəbi cüdoçunun iştirakı ilə təlim-məşq toplanışı keçirilir.
İyunun 10-dək davam edəcək toplanışa Xorvatiya, Çexiya, Finlandiya, Niderland, Slovakiya, Ukrayna və Puerto Rikodan yüksək səviyyəli idmançılar qatılıb.
Onların arasında son Avropa çempionları Boqdan Yadov (66 kq), Maykl Korrel (100 kq), Jur Spijkers (+100 kq) və ötən ilki Panamerika çempionu Adrian Qandia da yer alıb.