Bakıda Türkiyə Super Liqası klubu olan “Alanyaspor”un futbol məktəbinin açılışı olub. Bu haqda BakuPlus.az Oxu.az-a istinadən bu gün, 24 may tarixində xəbər verir.
Açılış Yasamal rayonunda yerləşən qapalı futbol meydançasında baş tutub.
Tədbirə “Alanyaspor”un prezidenti Hasan Çavuşoğlu, AFFA-nın baş katibi Sərxan Hacıyev, habelə Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri qatılıblar.
Açılışda “Neftçi”nin futbolçusu Azər Salahlı Hasan Çavuşoğluna özünün Azərbaycan Millisinin heyətində ötən il mayın 27-də Alanyada Türkiyə yığmasına qarşı geyindiyi formanı hədiyyə edib.
Məktəbin təsisçiləri Məhəmməd İsmayılov və Məhəmməd Abdullayev, icraçı direktoru Elnur Səmədzadədir.
[caption id="attachment_45727" align="alignnone" width="800"]
Foto Oxu.az saytı[/caption]