Bakıda kikboksinq üzrə turnir keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 1 aprel tarixində xəbər verir.
Suraxanı rayon Gənclər və İdman İdarəsi Azərbaycan Kikboksinq Federasiyası və “Vətən” kikboksinq klubunun təşkilatçılığı ilə keçiriləcək turnir 9-10 aprel tarixlərində baş tutacaq.
Turnir Gənclər və İdman Nazirliyi və Kikboksinq Federasiyasının dəstəyi ilə keçiriləcək.