21-23 yanvar tarixlərində Bakıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan 6-cı “Arpachay Open” beynəlxalq karate turniri keçiriləcək. Bu haqda Azərbaycan Milli Karate Federasiyası öz Facebook səhifəsində məlumat verib.
Tədbir Azərbaycan Milli Karate Federasiyasının (AMKF) və “Arpaçay” karate klubunun birgə təşkilatçılığı ilə baş tutacaq. Yarışda 10 ölkədən 40-dan çox klubdan 400-ə yaxın idmançının iştirakı gözlənilir. Xatirə turniri uşaqlar, yeniyetmələr və 21 yaşadək gənclər arasında 7 yaş kateqoriyasında təşkil olunacaq.