Mayın 8-dən 15-dək Bakı Atıcılıq Mərkəzində Atıcılıq üzrə Dünya Kuboku keçiriləcək. Yarışda iştirak üçün 61 ölkədən 605 idmançı müraciət edib. Bu haqda bu gün, 12 aprel tarixində Report-a istinadən Bakuplus.az məlumat verir.
Yarış zamanı atıcılıq üzrə 10 növdə mübarizə aparılacaq.
Atletlərlə yanaşı, yarışda 300 nəfərlik texniki heyət də fəaliyyət göstərəcək.
Ötən il Bakıda keçirilmiş atıcılıq üzrə Dünya Kubokunda dünyanın 66 ölkəsindən 700 atlet iştirak edib.