Bakı Su İdmanı Sarayının ərazisində keçirilən güc idman növləri üzrə Avrasiya çempionatı başa çatıb. Bu haqda BakuPlus.az bu gün, 27 iyun tarixində xəbər verir.
İdman tədbiri Gənclər və İdman Nazirliyi və Beynəlxalq Güc İdman Növləri Birliyinin dəstəyi, Azərbaycan Stronqmen Federasiyasının təşkilatçılığı ilə keçirilib.
Turnirdə Azərbaycan, Türkiyə, İran, Latviya və Gürcüstandan 170-dək idmançı mübarizə aparıb.
Çempionatın sonuncu günündə idmançılar strikt karl və didlift hərəkətlərində müxtəlif çəki dərəcələri üzrə medallar uğrunda güclərini sınayıblar.
Yarışda Azərbaycanı 100-dək idmançı təmsil edib.