Bakıda batut gimnastikası üzrə dünya kuboku başlayır. Bu haqda bu gün, 18 fevral tarixində Bakuplus.az xəbər verir.
Milli Gimnastika Arenasında keçirilən açılış mərasimində gimnastlar iştirakçı ölkələrin bayraqları ilə paraddan keçiblər, Azərbaycanın Dövlət Himni səslənib. Daha sonra müxtəlif şəxslər çıxış edərək öz fikirlərini səsləndiriblər.
Yarışda 16 ölkədən 60 gimnast çıxış edəcək. Dünya kuboku 2 gün davam edəcək.