Batut gimnastikası üzrə yaş qrupları arasında keçirilən 28-ci dünya çempionatı 28 noyabr tarixində yekunlaşıb. Yarışlar Milli Gimnastika Arenasında keçirilib. Bu haqda Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat verib.
Bağlanış mərasimində çıxış edən Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin birinci vitse-prezidenti Migel Visente Marino yarışın yüksək səviyyədə keçirildiyini və bu cür tədbirlərin idmanın inkişafı üçün əhəmiyyətini vurğulayıb.
Yarışlarda Azərbaycanı təmsil edən batutçu Maqsud Maqsudov 13-14 yaş kateqoriyasında turnirin qızıl medalını qazanıb.
Ümumilikdə, çempionatda 32 ölkədən 621 idmançı iştirak edib.
Daha öncə, 18-21 noyabr tarixlərində Bakıda batut gimnastikası üzrə 35-ci dünya çempionatı baş tutmuşdur. Ümumilikdə, çempionatda 33 ölkədən 300-ə yaxın gimnast mübarizə aparmışdır.