Bakıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan mini futbol turniri keçirilib. Bu haqda Xəzər rayon Gənclər və İdman İdarəsinin mətbuat xidməti 31 dekabr tarixində məlumat yayıb.
Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon komandaları arasında baş tutan turnirdə Binə bələdiyyəsinin komandası qalib olub. Buzovna və Zirə bələdiyyələrinin komandaları ikinci və üçüncü yerləri bölüşüblər.
Qaliblər diplom və medallarla təltif olunublar.
[caption id="attachment_22802" align="alignnone" width="800"]
Foto Xərə rayon Gənclər və İdman idarəsi rəsmi Facebook səhifəsi[/caption]