Bakıda iyulun 15-dən 17-dək bilyardın “POOL-9” növü üzrə ölkə çempionatı keçiriləcək. Bu haqda bu gün, 12 iyul tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Qeydiyyat iyunun 23-dən başlayıb və bu gün saat 22:00-da yekunlaşacaq.
Püşkatma iyulun 14-ü saat 20:00-da baş tutacaq. Çempionatın açılışı iyulun 15-i saat 11:00-da olacaq.