U-23 qadınlar və kişilər arasında cüdo idman növü üzrə Azərbaycan çempionatı keçiriləcək. Bu haqda BakuPlus.az Azərbaycan Cüdo Federasiyasına istinadən bu gün, 11 iyul tarixində xəbər verir.
12-14 iyul tarixlərində təşkil olunacaq çempionatda ölkənin müxtəlif regionlarından, Sumqayıt və Bakı şəhərlərindən olan klublar, cəmiyyətlər və idman təşkilatlarından 400-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaq.
Üç gün davam edəcək yarışda 2000-2007-ci il təvəllüdlü qadın və kişi cüdoçular iştirak edəcəklər.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.
Qarşılaşmalar hər gün saat 10:00-da start götürəcək.
Arenaya giriş sərbəstdir.