Bakıda 12 iyun tarixində “Formula 1” Azərbaycan Qran Prisinin mükafatlandırma mərasimi olub. Bu haqda bu gün, 13 iyun tarixində Bakuplus.az məlumat verir.
Yarışın qalibi Red Bull pilotu Maks Ferstappen olub. Onun komanda yoldaşı Serxio Peres 2-ci yeri tutub və bu, Avstriya komandasına Bakıda “qızıl dubl” etməyə imkan verib.
“Mercedes”-in pilotu Corc Rassel Bakıda üçüncü yeri tutaraq bu mövsüm üçüncü dəfə podiuma yüksəlib.
Qaliblərə mükafatları Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, gənclər və idman naziri Fərid Qayıbov təqdim ediblər.
[video width="720" height="1280" mp4="https://bakuplus.az/storage/photos/2022/06/whatsapp-video-2022-06-12-at-18.08.05.mp4"][/video]