İyunun 2-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində U-23 qadınlar və kişilər arasında Bakı şəhər çempionatı keçiriləcək. Bu haqda bu gün, 30 may tarixində Bakuplus.az məlumat verir.
Yarış Azərbaycan Cüdo Federasiyası (ACF) və Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunacaq. Çempionatda 23 yaşa qədər kişilər və qadınlar iştirak edəcəklər.
İdmançılar 14 çəki dərəcəsində mübarizə aparacaqlar. Qalib gələn cüdoçular 11-13 iyulda keçiriləcək 23 yaşa qədər qadınlar və kişilər arasında Azərbaycan çempionatına seçiləcəklər.