Qılıncoynatma üzrə gənclər arasında Bakı birinciliyinə yekun vurulub. Nəticələri Azərbaycan Qılıncoynatma Federasiyası öz Facebook səhifəsində ötən gün, 20 dekabr tarixində paylaşıb.
Yarış Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilib. Turnirdə 2002-2009 təvəllüdlü oğlanlar və qızlar sablya, şpaqa və rapira üzrə yarışlarda mübarizə aparıblar. Birincilikdə yüzə yaxın yeniyetmələr və gənc idmançılar iştirak ediblər.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Qılıncoynatma Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirin qalibləri diplom və medallarla mükafatlandırılıb.