Bakıda sərnişin avtobusu tüstüləyib. Hadisə Suraxanı rayonunda baş verib. Bu haqda BakuPlus 28 yanvar tarixində xəbər verir.
Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsindəki Yaşıl marketin yaxınlığında içərisində sərnişinlər olan 175 saylı avtobus bir anda tüstüləməyə başlayıb.
İlkin ehtimallara görə tüstülənmə texniki səbəbdən baş verib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.