Bakıda keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turnirinin mükafat fondu bəlli olub. Bu haqda 3 noyabr tarixində Oxu.az xəbər verib.
Fondun məbləği 154 min avro müəyyən olunub.
Bakıda 2019-cu ildə keçirilmiş “Böyük Dəbilqə” turnirinin də mükafat fondu eyni olub.
Bundan əvvəl, yarışda iştirak edəcək millimizin heyətinin açıqlanması barədə xəbər vermişdik.