Bakıdakı dünya çempionatında Azərbaycanın bir idmançısı iştirak edəcək.
Report-a istinadən 18 noyabr tarixində Bakıda baş tutacaq batut gimnastikası üzrə dünya çempionatında Azərbaycan tərəfindən yalnız bir idmançı iştirak edəcək. Azərbaycan Gimnastika Federasiyasının qərarına əsasən, yarışda Azərbaycanı Mixail Malkin təmsil edəcək.
Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatına 33 ölkədən 300-dək gimnast qatılacaq. Bakıda ilk dəfə təşkil olunacaq yarış 18-21 tarixlərində keçiriləcək.