Atletika üzrə Bakı çempionatının qalibləri müəyyənləşib. Bu haqda BakuPlus.az bu gün, 16 may tarixində xəbər verir.
Yarışlar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda atletlər qaçış, tullanma və atma növlərində qüvvələrini sınayıb.
Çempionatda paytaxtın 10 komandasından 130 atlet birincilik uğrunda mübarizə aparıb.
Oğlanlar arasında uzunluğa tullanma yarışında Kəsgin Abbaszadə, yadroitələmə və lövhəatmada İsmayıl Əliyev, üçtəkanla tullanmada Rüstəm Məmmədov, hündürlüyə tullanmada Nikita Neftyakov, nizəatmada Orxan Qasımov qalib adını qazanıblar.
Qızların yarışında isə üçtəkanla tullanmada Aysel Mehrəliyeva, uzunluğa tullanmada Yelena Pextireva, hündürlüyə tullanmada Aleksandra Biryukova, nizəatmada İradə Əliyeva, lövhəatma və yadroitələmədə isə Günel Hüseynova birinci yerə layiq görülüblər.
Oğlanlar arasında qaçış yarışlarında Əlhəm Nağıyev (100 m, 200 m), Teymur Salahzadə (400 m), Allahqulu Hüseynov (800 m), Yevgeniy Mordokov (1500m), Xudayar Əliyev (3000 m) birinci olublar. Qızların mübarizəsində isə Lamiyə Vəliyeva (100 m, 200 m), Günel Manafova (400 m, 800 m), Anastasiya Morozova (1500 m) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qaliblər Baş İdarə tərəfindən diplom və medallarla təltif olunublar.
[URIS id=44630]