Çempionlar Liqasının oyununda Bakı 30 mindən çox azarkeş qəbul edib. Bu haqda 21 iyul tarixində Metbuat.az məlumat verib.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarını tribunalardan izləyən ən çox azarkeş Bakıda “Qarabağ” ilə “Sürix” komandaları arasında keçirilmiş qarşılaşmada olub. Həmin matçı 30.782 nəfər izləyib.
29.654 tamaşaçı sayı ilə “Makkabi” (İsrail) - “Olimpiakos” (Yunanıstan) oyunu ikinci pillədə, “Ferentsvaroş” (Macarıstan) - “Slovan” (Slovakiya) matçı isə 20.459 azarkeş ilə üçüncü yerdədir.