Bakıda “Məmmədyarovlar” şahmat klubu yaradılıb. Bu haqda qrossmeyster Zeynəb Məmmədyarova şəxsi Facebook hesabında məlumat yayıb.
Dərsləri Türkan və Zeynəb Məmmədyarova bacıları və köməkçi müəllimlər keçəcək.
Canlı və Onlayn formada keçiriləcək dərslərə şahmata yeni başlayanlar, eləcə də, 4-cü, 3-cü, 2-ci, 1-ci və yuxarı dərəcəli şahmatçılar qəbul ola bilərlər.
Bundan əlavə, şahmatçı Şəhriyar Məmmədyarov ilə seanslar, mühazirələr və master-klaslar təşkil olunacaq.
Ünvan: Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 507-511, ALTES plaza, 3-cü mərtəbə, 12-ci otaq.
Zeynəb Məmmədyarova gənclər arasında dünya və Avropa çempionu, dünya şahmat olimpiadasının mükafatçısıdır. Türkan Məmmədyarova isə Avropa çempionu və beynəlxalq qrossmeysterdir.
[caption id="attachment_28195" align="alignnone" width="800"]
Foto açıq mənbədən[/caption]