Bakıda yeniyetmələr və gənclər arasında 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş açıq şahmat turniri keçirilib. Bu haqda BakuPlus.az bu gün, 14 iyun tarixində xəbər verir.
Yarış Xətai rayon İcra Hakimiyyəti, Xətai rayon Gənclər və İdman İdarəsi və Premyer şahmat məktəbinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə, həmçinin Xətai Sənət Mərkəzinin yeniyetmə rəssamlarının əl işlərindən ibarət sərgi də nümayiş olunub.
Çıxış edənlər bildiriblər ki, bu cür yarışları keçirməkdə məqsəd gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların idmana, sənətə marağını artırmaqdır.
Yüksək əhvali-ruhiyyədə keçirilən tədbir iştirakçılarda xoş təəssüratlar yaradıb.
Sonda qaliblərə diplomlar təqdim olunub.