Bakıda minifutbol üzrə beynəlxalq turnirə start verilib. Bu haqda bu gün, 2 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Minifutbol üzrə Beynəlxalq Turnirin açılış mərasimi keçirilib.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov, eləcə də Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filip Juda çıxış ediblər.
Yekunda turnirdə mübarizə aparan 10 ölkənin komandaları səhnəyə dəvət olunub. Turnir 6 may tarixində bitəcək.
[caption id="attachment_98967" align="alignnone" width="640"]
Foto Report.az[/caption]
[caption id="attachment_98965" align="alignnone" width="640"]
Foto Report.az[/caption]