Mayın 1-dən 6-dək Bakıda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol üzrə beynəlxalq turnir keçiriləcək. Bu haqda bu gün, 7 aprel tarixində Bakuplus.az məlumat verir.
Turnirdə 10 komanda iştirak edəcək: Azərbaycan, Çexiya, Cənubi Afrika Respublikası, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Serbiya, Türkiyə və Ukrayna.
Bu gün turnirin püşkatma mərasimi keçirilib. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan MOK-nın baş katibi Azər Əliyev, AFFA-nın baş katibi Sərxan Hacıyev, Azərbaycan Minifutbol Federasiyasının və “Zirə” Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.