Bakı İdman Sarayında MMA üzrə “Octagon 48” turniri keçirilib. Bu haqda bu gün, 21 avqust tarixində Bakuplus.az Azərtac-a istinadən xəbər verir.
Tədbir çərçivəsində 15 döyüş təşkil olunub. Azərbaycanı təmsil edən idmançılardan Turac Əliyev, Mehdi Həsənov, Heydər Qasımzadə, Zəfər Abdürrəhmanov, Tural Əsgərov və Röyal Leylizadə qalib olmağı bacarıblar.
“Octagon 48” turnirində Azərbaycan idmançıları ilə yanaşı, Özbəkistan, Gürcüstan, Qırğızıstan, Qazaxıstan və Türkiyə döyüşçüləri də iştirak ediblər.
[URIS id=110146]