Dekabrın 7-də Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək. Bu haqda Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidməti məlumat verib.
Milli komandalara seçim xarakteri daşıyan yarış Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olunacaq. İştirakçılar beynəlxalq və milli səviyyəli münsiflər tərəfindən hakimlik olunacaq.
Yarışın təntənəli açılışı 7 dekabr saat 16:00-da baş tutacaq. Yarışlar 3 gün davam edəcək.
Ölkədə davam edən karantin rejimi ilə əlaqədar yarış azarkeşsiz keçiriləcək.