Bakıda daha bir idman növü üzrə Azərbaycan çempionatı keçiriləcək. Bu haqda bu gün, 19 dekabr tarixində Bakuplus.az Azərbaycan Taekvondo Federasiyasına istinadən xəbər verir.
Yarış 20-24 dekabr tarixlərində Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq. Yarışlar hər gün saat 09:00-dan start götürəcək.
Tədbirdə, həmçinin parataekvondoçular da iştirak edəcəklər.