Su İdman Sarayında triatlon yarışı keçirilib. Bu haqda bu gün, 26 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“İronwind Qış Aquatlon” adlı yarışda 24-ü uşaq olmaqla ümumilikdə 70 idmançı iştirak edib. 18 yaşdan yuxarı iştirakçılar 1500 m üzüb, 10 km qaçıblar.
Tədbirdə Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə, baş katibi Seymur Hüseynov, “Triterra Baku” triatlon klubunun təsisçisi və federasiyanın vitse-prezidenti Rüfət Həsənov, klubun baş məşqçisi Aleksandr Mordasov və Su idman Sarayının direktoru Zaur Yaqubov iştirak ediblər.