Uşu üzrə Azərbaycan çempionatı keçiriləcək. Bu haqda 10 may tarixində AZƏRTAC məlumat verib.
Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Uşu Federasiyasının təşkilatçılığı ilə mayın 13-də uşu üzrə XXIX Azərbaycan çempionatı keçiriləcək. Yarışda böyüklər, gənclər və yeniyetmələr iştirak edəcəklər.
Ölkə çempionatı mayın 15-dək davam edəcək.