Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) çövkən milli atüstü oyunu üzrə “Prezident Kuboku” uğrunda turnirə start verib. Bu haqda Trend bu gün, 18 dekabr tarixində məlumat verib.
Turnir artıq səkkizinci dəfə keçirilir. Altı komandanın iştirak edəcəyi yarışda ümumilikdə 10 qarşılaşma keçiriləcək.
Püşkatmanın nəticələrinə əsasən, komandalar iki qrupa bölünüb. A qrupu - "Sərhədçi", "Buta Qolden" və "Kolin", B qrupunda isə "Polad", "Murad" və "Ömər" komandaları iştirak edirlər.
Turnirin ilk açılış oyununda “Buta Qolden” “Kolen”ə 9:0 hesabı ilə qalib gəlib. İkinci görüşdə “Murad” “Ömərə” 2:1 hesabı ilə qalib gəlib.
Yarış dekabrın 18-dən 20-dək qrup oyunları ilə, dekabrın 22-dən 24-dək isə yarımfinal və final görüşləri ilə davam edəcək. Qrup və yarımfinal görüşləri Bakı Dövlət Cıdır Meydanında, final görüşü isə açıq havada və tamaşaçısız Binə Atçılıq Mərkəzində keçiriləcək.