Bakıda yeni şahmat məktəbinin açılışı baş tutub. Bu haqda bu gün, 13 noyabr tarixində Bakuplus.az Şahmat Federasiyasına istinadən xəbər verir.
Mərasimdə federasiyanın prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov iştirak edib. Klubun rəhbəri Əməkdar məşqçi Anar Allahverdiyevdir.
M.Məmmədov qeyd edib ki, “Şah & mat” adlanan məktəb qısa zamanda ölkə idmanına yeni adlar bəxş edəcək. Çünki burada peşəkarlardan ibarət komanda çalışır.
Qeyd edək ki, “Şah & mat” klubunda şahmatla yanaşı, rəsm, məktəbəqədər hazırlıq və digər sahələr üzrə də bölmələr fəaliyyət göstərir.
[caption id="attachment_119677" align="alignnone" width="640"]
Foto Azərbaycan Şahmat Federasiyası[/caption]