Bakı yunan-roma güləşi üzrə dünya çempionatına ev sahibliyi edəcək. Bu haqda Bakuplus.az Azərbaycan Güləş Federasiyasına(AGF) istinadən məlumat verir.
5-6 noyabr tarixlərində keçiriləcək yarışda 6 komanda iştirak edəcək.
Qeyd olunan güləş növü üzrə dünya çempionatı 5 ildən sonra ilk dəfə təşkil olunacaq. Azərbaycan komandası dünya kubokunu bir dəfə 2015-ci ildə Tehranda qaldırmışdır.
Bundan əvvəl, Bakı iki dəfə - 2004 və 2012-ci illərdə dünya kubokuna ev sahibliyi edib.