Bakıda "8 noyabr - Zəfər Günü"nə həsr olunmuş mini futbol turniri keçirilib. Bu haqda 3 noyabr tarixində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin mətbuat xidməti xəbər verib.
Yarış Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 74 saylı məktəbin futbol meydançasında baş tutub.
Turnirdə I yeri 311 saylı məktəb, II yeri 80 saylı məktəb, III yeri 72 saylı məktəb tutub.
Qaliblər Baş İdarə tərəfindən diplom və medallar ilə təltif olunublar.