26 noyabr tarixində Bakının Su İdmanı Sarayında üzgüçülük üzrə Azərbaycan çempionatına start veriləcək. Bu haqda Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidməti məlumat verib.
Yarış Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə gerçəkləşəcək. Ümumilikdə, tədbir 3 gün ərzində keçiriləcək.
Tədbir 26 noyabr 17:00-da başlayacaq.