Bakıda güləş üzrə Dünya Kubokunun keçirilməsi ehtimalı var. Bu haqda Report 18 yanvar tarixində xəbər verib.
Azərbaycan Güləş Federasiyasının Mətbuat xidmətinin rəhbəri Sərxan Musalı bildirib ki, UWW təqvimində 19-20 noyabrda nəzərdə tutulan Dünya Kuboku Bakıda keçirilə bilər.
Federasiya rəsmisi Azərbaycan paytaxtının namizədlərdən biri olduğunu sözlərinə əlavə edib.