Bakıda keçirilən daha bir yarış yekunlaşıb. Bu haqda BakuPlus.az bu gün, 4 iyun tarixində xəbər verir.
Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsində qızlar və oğlanlar arasında keçirilən “Bakı Kuboku” yarışında III yeri tutmuş “Express” komandası müvafiq dərəcəli diplom və medallarla təltif olunub.
Mükafatlandırma mərasimində Baş İdarənin rəisi Raqif Abbasov, rəis müavini Rəşad Əliyev, Azərbaycan Voleybol Federasiyasının baş katibi Fərid Xəlilov, oyunların baş katibi Oqtay Musayev və komandaların məşqçiləri iştirak ediblər.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 11-i qız, 13-ü oğlan olmaqla 24 komanda mübarizə aparıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda “Ryuqa” komandası I, “Sərhədçi” komandası II, " “Azərreyl-1” və “Express” komandaları III yerə çıxıblar.